Ukrayna Müdafiə Nazirliyi: Silahlı Qüvvələrin “Patriot” HHM sistemləri NATO-nun hərbi “Wi-Fi”na qoşulacaq

Ukrayna Müdafiə Nazirliyi: Silahlı Qüvvələrin “Patriot” HHM sistemləri NATO-nun hərbi “Wi-Fi”na qoşulacaq

Ukrayna Silahlı Qüvvələrinin silahlanmasında olan “Patriot” hava hücumundan müdafiə sistemləri (HHM), həmçinin “F-16” və “Mirage 2000” təyyarələri NATO-nun "hərbi Wi-Fi"na - Link-16 sisteminə qoşulacaq.

“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Yekaterina Çernoqorenko bildirib.

Onun sözlərinə görə, nazirlik NATO-nun qeyri-kommersiya proqram təminatından - İdarəetmə və Xəbərdarlıq Mərkəzinin Sistem İnterfeysindən (CRC System Interface, CSI) istifadə haqqında saziş imzalayıb.

"Proqram təminatı Link-16 məlumat ötürmə protokolundan - NATO-nun "hərbi Wi-Fi" şəbəkəsindən istifadə etməklə döyüş idarəetmə sisteminin elementidir. Bu, təyyarələrin (“F-16”, “Mirage 2000”), inteqrasiya edilmiş hava və raket hücumundan müdafiə vasitələrinin (“Patriot”) idarə edilməsini təmin edir", - nazir müavini qeyd edib.

Oxşar xəbərlər