1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Tovuz şəhəri Qərənfil körpələr evi uşaq bağçasında bayram tədbiri keçirilmişdir

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Tovuz şəhəri Qərənfil körpələr evi uşaq bağçasında bayram tədbiri keçirilmişdir

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qərara alınıb.

Təşkil edilən “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. 

Kristal TV bildirir ki, dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb.

Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Belə ki, ölkə rəhbəri Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 2009-cu il "Uşaq ili" elan edib.

Kristal TV xəbər verir ki, 1970-ci ildən fəaliyyət göstərən Tovuz şəhəri, “Qərənfil” Körpələr Evi -Uşaq Bağçasında 8 qrupda 150 uşaq təlim-tərbiyə alır. 

Gələcəyimiz olan uşaqların asudə vaxtlarının səmərəli və maraqlı təşkil olunması,  sağlam böyüməsi,onların təhsili və hüquqlarının qorunması  istiqamətində aparılan işlər hər zaman Qazax Tovuz regional təhsil idarəsinin diqqət mərkəzindədir. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Qazax Tovuz regional təhsil idarəsi tərəfindən  tədbirlər planına əsasən silsilə tədbirlər təşkil edilib. 

Bağça rəhbərliyinin və kollektivin birgə əməyi nəticəsində möhtəşəm bayram tədbiri keçirildi ki, bu da uşaqlar üçün olduqca yadda qalan və unudulmaz olacağına tam əminəm. Sonda çəkilişə şərait yaratdığına görə Kristal Tv olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyinə, onun İctimaiyyətlə Əlaqələr Şöbəsinin məsul əməkdaşı Nəcibə Vəliyevaya minnətdarlığımızı bildiririk.

 


Oxşar xəbərlər