Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edilib

Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edilib

Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək üçün Qazax - Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan Tovuz rayonu A.S. Puşqin adına tam orta ümumtəhsil məktəbində 26 fevral tarixində tədbir keçirilmişdir. Tədbiri təşkilatı işlər üzrə müavin Sahibə Əliyeva açdı. O, şagirdlərə Xocalıda ermənilərin törətdikləri vəhşilikləri heç vaxt unutmamalarını tövsiyyə etdi. Tədbirə şəhid ailələrindən nümayəndələr dəvət olunmuşdu.

Tədbirdə faciənin video görüntüləri göstərildi, bayatılar, şeirlər səsləndi .Tədbirdə məktəbin tarix müəllimi Hüseynova Svetlana şagird və qonaqlara Xocalı hadisələrindən, həmin gecə amansızcasına baş vermiş qətliyamdan sohbət açaraq tarixə qanla yazılmış faciə haqda geniş məlumat verərək bildirdi ki, 1992-ci il 26 Fevral hadisələrinin 33-cü il dönümünü anırıq. Erməni və rus hərbi birləşmələrinin Xocalıda dinc əhaliyə qarşı tutduğu divan illər keçməsinə baxmayaraq, hələ də yaddaşlardan silinmir. Bu dəhşətli soyqırımın günahkarları öz layiqli cəzalarını aldılar. Tarix erməni cinayətkarlığının bu qanlı səhifəsini unutmamalıdır. Bunun üçün biz – müəllimlər əlimizdən gələn bütün vasitələrdən istifadə edərək bəşəriyyətə erməni vəhşiliklərinin, o cümlədən Xocalı faciəsininin həqiqətlərini çatdırmağa borcluyuq. Unutmamalıyıq ki, Xocalı faciəsi insanlıq əleyhinə olan cinayətdir. Daha Sonra Məktəbin direktoru Adil Əsgərov çıxış edərək tədbir iştirakçılarına bildirdi ki, 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda baş vermiş soyqırım oldu. Bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri hesab edilə bilər.

Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində misli görünməmiş Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları uzağagedən məqsəd güdürdülər. Məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən öz niyyətlərinə çata bilmədi. Doğrudur, faciə bütün Azərbaycan xalqını sarsıtmış, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurmuşdur. Lakin xocalılar hətta amansız soyqırım günündə də özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar. Tədbir məktəbin şagirdləri olan Xanoğlan Cəfərov və Hüseynov Murad Yaşa Azərbaycan musiqisi və ifası ilə tədbir başa çatmışdır. 


Oxşar xəbərlər