yaşayış binasında baş vermiş yanğın

yaşayış binasında baş vermiş yanğın

Rusiyanın Yaroslavl şəhərində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində dörd nəfər ölüb.

Kristal Tv xəbər verir ki, bu barədə Rusiya FHN-in mətbuat xidməti məlumat yayıb.

“Yaroslavlda doqquzmərtəbəli binanın birinci mərtəbəsində mənzil yanıb. Rusiya FHN-in yanğınsöndürənləri yanğını söndürərkən 2 yetkin insanın meyitini aşkar ediblər. Üç yaşlı oğlan və qız otaqdan çıxarılıb. Təəssüf ki, onları xilas etmək mümkün olmayıb”, – qurumun teleqramdakı məlumatında deyilir.

Bildirilib ki, hadisə yerində 18 mütəxəssis, 6 ən son xəbərlərtexnika, həmçinin yanğın sınaq laboratoriyası işləyir.


Oxşar xəbərlər