Bakı şəhərində yerləşən 132-134 nömrəli Təhsil Kompleksində “Məktəbli könüllü” Proqramının rəsmi açılış mərasimi keçirilib.
Kristal TV xəbər verir ki, tədbirdə “Məktəblu könüllü” proqramının rəhbəri Leyla Zeynalova çıxış edərək bildirib ki, yarandığı gündən etibarən könüllülük hərəkatının inkişafına təkan verən “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi artıq 8-ci ildir, ətrafında birləşən minlərlə tələbə-könüllü ilə birlikdə nailiyyətlər qazanmağa davam edir. “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi 40 mindən çox tələbəni qeydiyyata alıb, 1000-dən çox layihə və tədbir həyata keçirib, 2023-cü ildə 17284 tələbəni əhatələyərək 589337 könüllü fəaliyyət saatı təşkil edib. Leyla Zeynalova deyib ki, cari ilin yanvar ayından etibarən ictimaiyyətə elan edilən “Məktəbli könüllü” proqramına bu günədək 56,2 faiz qadın, 43,8 faiz kişi olmaqla, ümumilikdə 1087 müraciət daxil edilib. Hazırda 350 şagirdi bir çətir altında birləşdirən proqram bir sıra faydalı fəaliyyətlərin təşkili hədəfləyib.