Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Rusiya Federasiyasının Rossotrudniçestvo təşkilatı tərəfindən Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin rus bölməsində təhsil alan şagirdlər arasında XVI rus dili və ədəbiyyatı olimpiadasının esse mərhələsi keçirilib.
Ağsu rayonunda keçirilən açılış tədbirində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev və Rusiya Federasiyasının Rossotrudniçestvo təşkilatının əməkdaşları iştirak ediblər.
Kristal TV-nin məlumatına əsasən, Esse mərhələsində ümumlikdə, 85 nəfər VII-IX sinif şagirdləri iştirak edib.
Şagirdlərimizə uğurlar arzulayırıq.