Kristal TV xəbər verir ki, 1970-ci ildən fəaliyyət göstərən Tovuz şəhəri, “Qərənfil” Körpələr Evi -Uşaq Bağçasında 8 qrupda 150 uşaq təlim-tərbiyə alır. Bunlardan 40 yerlik məktəbəhazırlıq qrupundadır. Müəssisənin direktoru Sevda Səfərovanın sözlərinə görə, hər il 40 uşaq hazır vəziyyətdə sözügedən qrupdan birbaşa məktəbə yollanır.
“Bağçamızın çox savadlı müəllim kontingenti var, həmçinin, burada metodist və tibb bacısı fəaliyyət göstərir, hər gün uşaqların sağlamlığına nəzarət edir”.
Məktəbəqədər yaş dövründə uşaqların yüksək enerjiyə ehtiyacları olduğundan müəssisədə onların gündəlik qida rasionu xüsusilə nəzarətdə saxlanılır, Əsasən, enerji, vitamin və minerallarla zəngin menyu əsasında gün ərzində 4 dəfə qidalandırılır. 3 dəfə isti xörək yeməkləri və 1 dəfə isə təbii sok, süd məmulatları, meyvə, tərəvəzlərin üstünlük təşkil etdiyi qidalar təqdim edilir. Sevda Səfərovanın sözlərinə görə, istər qidalanma, istərsə də, təlim-tərbiyə baxımdan valideynlər hər zaman məhz bu müəssisəni seçirlər. Təsadüfi deyil ki, 150 yerlik bağçada yerlərin hamısı doludur, bundan başqa, “Qərənfil” körpələr evi – uşaq bağçasına yazılmaq üçün növbədə xeyli şagirdin olduğu qeyd olunub.
“Valideynlərin bizim fəaliyyətimizə, işimizə böyük etibarı və etimadı var. Bağçamızda yaradılan yaxşı təhsil üçün, uşaqlara baxmaq üçün, uşaqların qidalanması üçün Qazax-Tovuz Regional Təhsil İdarəsinə minnətdarlığımı bildirirəm”.
Ümid edək ki, digər təhsil ocaqlarının da fəaliyyəti valideynlərin ürəyincədir.