Uşaqların xəyal məhsulunun real mənzərəsi – Şəmkir şəhər 3 saylı uşaq bağçası

Uşaqların xəyal məhsulunun real mənzərəsi – Şəmkir şəhər 3 saylı uşaq bağçası

Uşaqların xəyal məhsulunun real mənzərəsi – Şəmkir şəhər 3 saylı uşaq bağçası
Gələcəyimiz olan uşaqların keyfiyyətli tərbiyə və təhsil almaları, onların hərtərəfli qayğı ilə əhatə olunmaları, böyüməkdə olan nəslin şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması başlıca prinsiplərindəndir. Uşaqların gələcək inkişafının ilkin təməli, məhz uşaq bağçalarında qoyulduğundan, bu müəssisələrə dövlətin diqqəti xüsusidir. Şəmkir şəhər 3 saylı körpələr evi - uşaq bağçası bunun əyani təsdiqidir. 150 yerlik olan müəssisədə 2 yaşından 6 yaşınadək olan uşaqlara təhsilin ilkin mərhələsi yüksək səviyyədə tədris olunur. Burada balacaların təlim-tərbiyəsi peşəkar pedaqoji heyətə həvalə edilib.
 Aytac Ələkbərli - Şəmkir şəhər 3 saylı körpələr evi - uşaq bağçasının tərbiyəçisi
Bəli, əminik ki, hər bir valideyn övladının istər müasir, göz oxşayan binası, istərsə də, yüksək səviyyəli təlimin təşkil olunduğu məhz bu bağçada böyüyüb inkişaf etməsi arzusundadır. Təhlükəsizlik məqsədilə müşahidə kameralarının quraşdırıldığı müəssisədə  həm həyət, həm də bağçanın bütün otaqları daim nəzarətdə saxlanılır. Azyaşlı sakinlərin zövqünə uyğun qurulan bağça onların rah atlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün əlvan rəngli inventarla təchiz olunub. Kristal TV-yə açıqlama verən Şəmkir şəhər 3 saylı körpələr evi-uşaq bağçasının müdiri Günel Məmmədova da burada yaradılan şəraitdən razılığını ifadə edib. 
Sinxron: Günel Məmmədova - Şəmkir şəhər 3 saylı körpələr evi - uşaq bağçasının müdiri
Bu gün böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşmasında təhsilin ilk pilləsi olan –uşaq bağçalarının rolu olduqca önəmlidir. 
Sonda çəkilişə şərait yaratdığına görə Kristal TV olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyinə, onun İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Nəcibə Vəliyevaya minnətdarlığımızı bildiririk.


Oxşar xəbərlər