Təhsil Forumu Sosial Platformasının təşəbbüsü və təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Günü münasibətilə “Ana dilimiz -dövlətçilik simvolumuzdur” mövzusunda Forum keçirilib. Şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsindən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Forumda Təhsil Forumu Sosial Platformasının sədr müavini Yeganə Şirinova, Akademik, Filologiya elmləri doktoru Nizami Cəfərov, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov, ADPU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının müdiri Mahirə Nağı qızı, Millət vəkili Ceyhun Məmmədov, Əməkdar müəllim Zülfiyyə Vəliyeva, Şair, Publisist Ramiz Qusarçaylı, Pedaqogika üzrə fəlsəfə doktoru Asif Hacıyev və digər natiqlər çıxış ediblər. Onlar Ana dilimizin tarixi, bu günü, mövcud problemlər və onların aradan qaldırılması yolları ilə bağlı məlumatları səsləndiriblər. Bundan başqa, tədbirdə Azərbaycan dilinin incəliklərindən, onun zəngin ifadə çalarlarından, potensial imkanlarından geniş söz açılıb, mövzu ilə bağlı slaydlar nümayiş olunub.
Təhsil Forumu Sosial Platformasının hazırladığı “Ana dili – milli-mənəvi özünəməxsusluğun əsas göstəricisi kimi” adlı video-material iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Çıxışlardan sonra tədbir musiqi nömrələri, rəqslər və şeirlərlə davam edib.
Foruma qatılan 350 müəllimə sertifikat və hədiyyələr təqdim olunub.
Sonda nümayiş olunan atəşfəşanlıq xüsusi maraqla qarşılanıb.