Gələcəyimiz olan uşaqların keyfiyyətli tərbiyə və təhsil almaları, onların hərtərəfli qayğı ilə əhatə olunmaları, böyüməkdə olan nəslin şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması başlıca prinsiplərindəndir. Uşaqların gələcək inkişafının ilkin təməli, məhz uşaq bağçalarında qoyulduğundan, bu müəssisələrə dövlətin diqqəti xüsusidir. Tovuz şəhər 1 saylı körpələr evi - uşaq bağçası bunun əyani təsdiqidir.
1 saylı körpələr evində uşaqlara təhsilin ilkin mərhələsi yüksək səviyyədə tədris olunur. Burada balacaların təlim-tərbiyəsi peşəkar pedaqoji heyətə həvalə edilib. 1 saylı körpələr evi - uşaq bağçasının əsaslı təmirə ehtiyacı olsada buradadakı təlim tərbirə yüksək səviyyədədir. Azyaşlı sakinlərin zövqünə uyğun invertarla təmin olunan bağça uşaqların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin təmin edir.
Bağça rəhbərliyinin və kollektivin birgə əməyi nəticəsində möhtəşəm bayram tədbiri keçirildi ki, bu da uşaqlar üçün olduqca yadda qalan və unudulmaz olacağına tam əminəm.
Dadaşova Günay Ələddin qızı bağçaya rəhbərlik etdiyi dövürdən bu yana bağçada əsaslı dəyişikliklər olmuş və körpə fidanların daha yaxşı şəraitdə təlim tərbiyə və vətənpərvəlik ruhunda böyülməsi istiqamətində bir çox addımlar atmışdır ki, bu da sevindirici haldır.
Qeyd edək ki, 100 yerlik uşaq bağçası 6 qrupdan ibarətdir. Bağçada şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir. 1 saylı körpələr evi - uşaq bağçası rayonda keçirilən tədbirlərdə yaxın iştirak edir.
Bu gün böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşmasında təhsilin ilk pilləsi olan –uşaq bağçalarının rolu olduqca önəmlidir.
çəkilişə şərait yaratdığına görə Kristal Tv olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyinə, onun İctimaiyyətlə Əlaqələr Şöbəsinin məsul əməkdaşı Nəcibə Vəliyevaya minnətdarlığımızı bildiririk.