"30 yaşına çatmamış boşanmaqdan yaxşı heç nə yoxdur"

"30 yaşına çatmamış boşanmaqdan yaxşı heç nə yoxdur"

Bir müddət əvvəl boşanan amerikalı model-aktrisa Emili Ratajkovski son açıqlaması ilə diqqət çəkib.

 

Axşam.az xəbər verir ki, moderl "Taxt oyunları" serialının ulduzu Sofi Törnerlə müğənni həyat yoldaşı Co Conasın boşanması haqda çıxan iddialar fonunda yaranan şayiələrə münasibət bildirib. O, 30 yaşlarında bu qərarı almaqla bağlı sualları cavablayıb:

 

"Bu gün bir çox gənc qızın 30 yaşı tamam olmamış boşandığı görürük. 26 yaşında ailə qurub 32 yaşında boşanmış bir qadın kimi bu haqda danışmağı özümə borc bilirəm. Sizə deyim ki, bundan gözəl heç nə yoxdur. 20 yaşında evlənmək zəncirdir.

 

30 yaşlarında öz pulunuza sahib olacağınızı, həyatınızla və ümumiyyətlə hər şeylə bağlı qərar verə biləcəyinizi başa düşməkdən daha yaxşı bir şey yoxdur. Və hələ qarşıda bütün həyatınız var".

 

Qeyd edək ki, Emili Ratajkovski 30 yaşına çatmamış boşanmalardan danışaraq, ola bilsin ki, 27 yaşlı Sofi Törner və 34 yaşlı Co Conasın ayrılması xəbərinə eyham vurub: onların ayrılması jurnalın əsas müzakirə mövzularından birinə çevrilib. tabloidlər.

 

Emili ötən il amerikalı aktyor Sebastian Bear MakKlarddan boşanıb.

Oxşar xəbərlər