"Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanı” ilə təltif edilən müəllimlərimiz
Azərbaycan Respublikası elm və təhsil naziri cənab Emin Əmrullayevin müvafiq əmri ilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan bir sıra təhsil işçisi təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə və 5 oktyabr- Beynəlxalq Müəllimlər Günü münasibətilə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanı” ilə təltif ediliblər
Müəllimlərimizi təbrik edir, uğurlar arzulayırıq.