Uşaqları ev tapşırığı ilə məşğul etmək ailələrin ən vacib problemlərindəndir. Mütəxəssislər, uşağa ev tapşırığının verilməsini və ev tapşırığını yerinə yetirmək məcburiyyətində qalmaq əvəzinə, ev tapşırığı vaxtının birlikdə planlaşdırılmasını tövsiyə edirlər. Mütəxəssislərin fikrincə, uşağa ev tapşırığının öyrənmənin möhkəmləndirici mərhələsi olduğunu izah etmək lazımdır. Ev tapşırığını yerinə yetirmək öyrənilən biliklərin davamlılığını təmin etməkdir.Araşdırmaya nəzər salsaq , Şagirdlərə müstəqil çalışmaq bacarığını aşılamaq olduqca geniş və çoxcəhətli məsələdir – buraya şagirdin ümumi zehni inkişafı, müşahidə, müqayisə, təhlil və tərtib etmək, nəticə çıxarmaq, öz biliyini tətbiq etmək, məsələ və misalları həll etmək, inşa yazmaq, nağıl və əzbər öyrənmək, yaddasaxlamanın səmərəli yollarından, kitabdan istifadə etmək və s. məsələlər daxildir. Biz bu məqalədə yalnız dərs öyrənməyin səmərəli yollarını öyrətməklə əlaqədar olan məsələlər sahəsində metodik göstərişlər verməyi nəzərdə tuturuq.Hər bir müəllim ev tapşırığı verən zaman şagirdlərə dərslikdə nə kimi çətinliklərə rast gələ biləcəklərini və həmin çətinlikləri hansı yollarla aradan qaldırmaq mümkün olduğunu qabaqcadan öyrətməlidir. Məsələn, müəllim mətndə təsadüf ediləcək çətin sözləri haradan öyrənmək mümkün olduğunu göstərməli, bu və ya başqa fikri yaxşı başa düşmək üçün keçmiş paraqraflardan hansılarını nəzərdən keçirmək lazım gəldiyini, həmin səhifədəki çizgi və sxemi necə oxumaq, çəkilən şəkildə nələrə diqqət yetirmək lazım olduğunu qabaqcadan şagirdlərə söyləməlidir ki, onlar sonradan bu çətinliklər qarşısında aciz qalmasınlar.
- USD : 1.7000
- EUR : 1.8748
- RUB : 0.0180
- CANLI
Ev tapşırıqlarının faydaları
- Elm-təhsil
- 9 ay əvvəl əlavə olunub
Oxşar xəbərlər
Şəhid bacısına yüksək vəzifə verilib
9 ay əvvəl
Son xəbərlər
"Geniş dairədə öyrənmə" layihəsi nəyi, necə öyrədir?
26 gün əvvəl"Dünyanın təhsil mənzərəsi"
27 gün əvvəlMüəllimlərə qarşı ZORAKILIQ
1 ay əvvəlMəktəb Junalları GERİ QAYTARILDI
1 ay əvvəlRamal verilişə qeyri-adi linzalarla çıxdı
1 ay əvvəlAbunə ol
Xəbərləri ilk siz oxuyun