Elm və Təhsil Nazirliyi qarşıdan gələn 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlərimizi təbrik edir, onlara peşə fəaliyyətlərində uğurlar arzulayır.
Eyni zamanda, valideynlərə müraciət edərək bildiririk ki, təhsil ictimaiyyətinin başlatdığı #MənimMüəllimim çağırışına qoşularaq müəllimlərə xoş söz, təbrik mesajlarının çatdırılması onlar üçün ən böyük hədiyyədir.
Elm və Təhsil Nazirliyi olaraq bildiririk ki, Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlər tərəfindən müəllimlərə hər hansı formada hədiyyələrin verilməsi və ya vəsait toplanması yolverilməzdir.
Bu kimi hallarla rastlaşdıqda nazirliyin “Qaynar xətt” xidmətinə (146) anonim olmadan məlumat verməyinizi xahiş edirik. Bununla əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələrinə tapşırıqlar verilib. Məsələ ilə bağlı müvafiq monitorinqlər aparılacaq.