Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacəttəpə Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb. Ulu Öndər Heydər Əliyevin türk dünyasının zərb-məsəlinə çevrilmiş “Bir millət, iki dövlət” kəlamını “Türk Dünyası Ortak İletişim Dili Uğrunda – Azerbaycan Dilinin Yazım Kılavuzu” (“Türk dünyası ortaq ünsiyyət dili uğrunda – Azərbaycan dilinin orfoqrafiya lüğəti”) adı ilə reallaşdıran kitab ortaq türk dili vəsaiti kimi Türkiyə universitetlərinin “Türk ləhcələri və ədəbiyyatları”, “Türk dili və ədəbiyyatı”, “Dilçilik”, “Tərcüməçilik”, “Pedaqoji”, “Jurnalistika” fakültələrinin tələbə və müəllim heyəti ilə yanaşı, geniş oxucu kütləsinin istifadəsi üçün nəzərdə tutulub.
Türkiyənin zəngin ənənəli “Erkmen” nəşriyyatında nəşr olunmuş lüğətin tərtib müəllifi – Azərbaycanın Xalq yazıçısı Afaq Məsud, ön sözünün müəllifi – Türkiyənin görkəmli dilçi-alimi, uzun illər Türk Dil Qurumuna sədrlik etmiş, Hacettepe Universitetinin Tətbiqi Lüğətçilik Elmi-Tədqiqat Mərkəzinin qurucusu və rəhbəri olmuş professor Şükrü Haluk Akalındır.
- USD : 1.7000
- EUR : 1.8748
- RUB : 0.0180
- CANLI
Yeni orfoqrafiya lüğətimiz Türkiyədə nəşr olundu
- Elm-təhsil
- 9 ay əvvəl əlavə olunub
Oxşar xəbərlər
Son xəbərlər
"Geniş dairədə öyrənmə" layihəsi nəyi, necə öyrədir?
27 gün əvvəl"Dünyanın təhsil mənzərəsi"
28 gün əvvəlMüəllimlərə qarşı ZORAKILIQ
1 ay əvvəlMəktəb Junalları GERİ QAYTARILDI
1 ay əvvəlRamal verilişə qeyri-adi linzalarla çıxdı
1 ay əvvəlAbunə ol
Xəbərləri ilk siz oxuyun