Azad edilən ərazilərdə peşə təmayüllü siniflər yaradıla bilər.
"KristalTv" xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Həsən Həsənli jurnalistlərə açıqlamasında məlumat verib.
"Artıq azad edilən ərazilərdə ümumtəhsil müəssisələri fəaliyyətə başlayıb. Düşünürük ki, əhalinin azad edilən ərazilərə qayıdışı mərhələli olduğuna görə təmayülləşmənin düzgün təşkili üçün say artmalıdır. Belə də həmin ərzilərdə peşə təmayüllü siniflərin təşkilinə baxıla bilər", - o qeyd edib.