Kristal TV-nin "Azərbaycan müəllimi" layihəsi davam edir. Şərəfli peşənin nümayəndələri üçün nəzərdə tutulub. siz də iştirak etmək istəyirsinizsə, tələsin! Layihənin vaxtının bitməsinə az qalıb...
Fərzəliyeva Günel Mirarif qızı.
28.12.1987-ci il - Bakı şəhərində anadan olmuşdur.
1994 cü il- 1-ci sinfə daxil olmuşdur.
2001-ci il - Qırmızı Xaçın nəzdində olan "Qızıl Aypara Cəmiyyəti"ndə könüllülərin rəhbəri olaraq işləmişdir. Eyni zamanda cəmiyyətin nəzdində olan kompüter, ilk tibbi yardım, ingilis dili kurslarında iştrak edərək sertifikatlara layiq görülmüşdü.
2002-2007-ci illər - Üzeyir Hacıbəyov adına Musiqi Məktəbində oxumuşdur.
2003-2007-ci illər - Həmçinin Sabirabad Dövlət Sosial İqtisadi Kollecinin ibtidai sinif müəllimliyi ixtisası üzrə təhsil almışdır.
2008-ci il - Qaz İstismar idarəsində kompyuter üzrə mühəndis və mühasibat işləri üzrə köməkçi vəzifəsində işləmişdir.
2010-cu il - öz ərizəsinə əsasən işdən çıxmış, MİQ imtahanından keçərək, ibtidai sinif müəllimi kimi fəaliyyətə başlamışdır. Hal-hazırda ibtidai sinif üzrə Metodbirləşmə rəhbəridir. Eyni zamanda DİM mərkəzində nəzarətçi müəllimdir. İbtidai sinif və İngilis dili üzrə uşaqlar öyrədir. Günel müəllimə özünü psixologiya üzrə də inkşaf etdirmişdir. Həm uşaq, həm də böyüklərin psixologiyası üzrə bir çox sertifikatları vardır.
"Təhsil Forumu" və Kristal TV rəhbərlikləri tərəfindən "İlin Müəllimi" adına layiq görülmüşdür. Kristal TV rəhbəri Xəyal Quliyev tərəfindən "Dostum", "Qızıl Qələm" və "Uğur Media" mükafatları verilmişdir. Eyni zamanda 2023-cü ildə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Təhsil millətin gələcəyidir" mövzusunda İbtidai sinif müəllimlərinin lll forumunda iştirak etmiş və Sertifikatla təltif edilmişdir. Həmin ildə Təhsil forumunun sədri Emil Tağızadənin təşkil etdiyi "Ümumrespublika Məktəbəqədər təhsil işçilərinin və İbtidai sinif müəllimlərinin Həmrəylik Forumun"da iştirakına görə sertifikatla təltif olunmuşdur. Günel müəllimə hal- hazırda Technest təqaüd proqramı üzrə tələbədir. Help desk dərsləri alır və hər zaman təhsilini inkişaf etdirir.