"Azərbaycan müəllimi" - Bayramova Leyla Natiq qızı
2012-ci ildə orta məktəbi bitirərək, Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin Musiqi müəllimliyi ixtisasına daxil olub.Təhsil aldığı illərdə festivallarda iştirak etmiş və bir neçə dəfə qalib olmuş, universitet tərəfindən “Fəxri Fərman” ilə təltif olunmuşdur.
2016-cı ildə uğurla universiteti bitirmiş və 2017-ci ildə MİQ imtahanında iştirak edərək Göygöl rayon Çaylı kənd tam orta məktəbində Musiqi müəllimi kimi işə başlamışdır. İşlədiyi illərdə bir neçə dəfə məktəb rəhbərliyi tərəfindən “Fəxri Fərmanla” təltif olunmuş, öz ictimai fəallığı ilə seçilmişdir.
2019-cu ildə Təhsil İnstitutu və Avropa İttafıqının maliyyə dəstəyi ilə təşkil olunmuş İcma əsaslı Məktəbəqədər Təhsilin İnkişafı layihəsində imtahandan uğurla keçərək tərbiyəçi-müəllim vəzifəsində işləmişdir. Layihənin təşkil etdiyi seminar və vebinarlarda iştirak edərək yüksək nəticə göstərmişdir. Həmçinin, İcma əsaslı məktəbəqədər təhsil mərkəzində Mentor olaraq fəaliyyət göstərir.
2021-ci ildə AZTV telekanalında canlı yayımlanan “Çıxışa doğru” və Təhsil TV tərəfindən Valideynlərlə əməkdaşlıq mövzusunda xüsusi reportaj hazırlamışdır.
Beynəlxalq və yerli təlimlərdə, konfranslarda iştirak edərək sertifikatlarla təltif olunmuşdur.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı Qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilati və metodoloji dəstəyi ilə keçirilən Ucar rayonu Qazıqumlaq kənd 2 saylı tam orta məktəbinin "Məktəb Mentorları" layihəsinin mentoru seçilmişdir.
2023-cu ildə Azərbaycan Gənc müəllimlərinin 3-cü Forumunda iştirak edərək "21-ci əsr tələblərinə cavab verən müəllim" sertifikatı ilə təltif olunmuşdur.
Hazırda Leyla müəllimə Dövlət İmtahan Mərkəzində sertifikatlı nəzarətçidir.
"Təhsil Forumu" Sosial Platformasında koordinator olaraq fəaliyyət göstərir.
2024-cü ildə Azərbaycan Sukuatlar Assosasiyasında imtahandan uğurla keçərək Skaut Lideri olaraq fəaliyyətə başlamışdı.
O, rayonun ictimai-siyasi həyatında hər zaman fəal olmağı, dövlətçilik prinsiplərini yüksək tutaraq gənc vətəndaşların yetişdirilib tərbiyə edilməsində səy və coşğuy ilə çalışmağı özünə borc bilir.
Kristal TV olaraq biz də Gənc müəlliməmizə bu məsuliyyətli və şərəfli yolda uğurlar arzulayırıq!
- USD : 1.7000
- EUR : 1.9741
- RUB : 2.1629
CANLI
"Azərbaycan müəllimi" - KRİSTAL TV - Bayramova Leyla Natiq qızı
- Tv proqramlarımız
- 2 il əvvəl əlavə olunub
Oxşar xəbərlər
Foto "Azərbaycan müəllimi" - KRİSTAL TV
2 il əvvəl
Son xəbərlər
Blogger nedir? Blogger Kimdir?
1 gün əvvəlOruc tutarkən mədə ağrısından qorunun
3 gün əvvəlGün ərzində neçə addım atmalıyıq?
13 gün əvvəlAZAL Naxçıvana birbaşa uçuşları bərpa edib
15 gün əvvəl“Fastfood” yaddaş üçün ciddi təhlükədir
15 gün əvvəlVideo “ZəfərFest-5” yaradıcılıq festivalı keçirilib
15 gün əvvəl“Kinobox” və “Mahnı TV”yə lisenziya verilib
15 gün əvvəlAbunə ol
Xəbərləri ilk siz oxuyun