Məktəbəqədər təhsilin məzmunu aşağıdakı didaktik prinsiplər əsasında
müəyyənləşdirilir:
- nəticəyönümlülük – təhsilin məzmununun əvvəlcədən müəyyən olunmuş nəticələr
əsasında müəyyən edilməsi;
- uşaqyönümlülük – təlim-tərbiyə prosesinin bilavasitə uşağın meyil və marağının,
təhsil tələbatının ödənilməsinə, istedad potensialının reallaşdırılmasına və inkişafına
yönəldilməsi;
- şəxsiyyətyönümlülük – uşaqlarda zəruri həyati bacarıqların və dəyərlərin
formalaşdırılması;
- inkişafyönümlülük – uşaqların idrak fəallığının, təhsil nailiyyətlərinin davamlı təhlili
və qiymətləndirilməsi yolu ilə onların bilik, bacarıq və vərdişlərinin inkişafının təmin
olunması;
- tələbyönümlülük – ümumi inkişafla bağlı təhsil proqramının məzmununda fərdin,
cəmiyyətin və dövlətin dəyişən tələblərinin nəzərə alınması;
- varislik – müəyyən edilmiş yaş qrupları üzrə tətbiq edilən təhsil proqramlarının
məzmun və mahiyyət etibarilə bir-birini tamamlaması;
- inteqrativlik – təlimin məzmun komponentlərinin əlaqələndirilməsi;
- azərbaycançılıq – uşaqların vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onlarda fəal
vətəndaş mövqeyinin formalaşdırılması, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə,
dilinə, adət və ənənələrinə hörmət hissinin aşılanması.
- dünyəvilik – dünyaya aid olma, dünya ilə bağlı olma, dini olmama, dinlə əlaqəsi
olmama.
- USD : 1.7000
- EUR : 1.7488
- RUB : 1.6559
CANLI
Məktəbəqədər təhsilin məzmununu müəyyənləşdirən didaktik prinsiplər...
- Elm-təhsil
- 1 il əvvəl əlavə olunub

Xəbərə aid teqlər:
Oxşar xəbərlər
Son xəbərlər
Foto Sevgi dolu müəllim, DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
26 gün əvvəlOrucu arıqlamaq niyyəti ilə tutmaq olarmı?
2 ay əvvəlAbunə ol
Xəbərləri ilk siz oxuyun