Türkiyənin nüfuzlu ali təhsil ocaqlarından olan Başkent Universitetinin Azərbaycan nümayəndəliyinin açılışı olub.
Açılış mərasimindən öncə Başkent Universitetinin nümayəndə heyəti Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını, “Türk Şəhidliyi” abidəsini ziyarət ediblər, gül dəstələri qoyublar.
Bu barədə Manevr.az-a açıqlama verən deputat, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirdi ki, sonra universitetin Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, 117k ünvanında yerləşən nümayəndəliyinin açılış mərasimi keçirilib:
"Nümayəndəliyin açılmasında məqsəd Azərbaycan vətəndaşları üçün tibb təhsili və müalicə imkanları yaratmaqdır. Başkent Universiteti xəstəxanalarında əsasən orqan nəqli, plastik cərrahiyyə, beyin cərrahiyyəsi, travmatologiya, ortopediya və onkoloji xəstəliklərlə bağlı tibbi xidmətlər göstərilir", M.Məmmədli vurğuladı.
Qeyd edək ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Başkent Universitetinin qurucusu professor Mehmet Haberal, rektor professor Hakan Özkardeş, TƏBİB-in məsul şəxsləri, Milli Məclisin deputatları, tanınmış həkimlər, iş adamları, eyni zamanda, Başkent Universitetinin məzunları iştirak ediblər.
Kristal Tv