Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində quru otluq sahədə baş vermiş yanğın yanğınsöndürənlər tərəfindən tam söndürülüb.
Bu barədə "Kristal Tv"ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, yanğın nəticəsində 12 hektar sahədə quru ot və kol-kos yanıb.
Ərazidəki ağaclar və ictimai iaşə obyektləri yanğından mühafizə olunub.