ABŞ Prezidenti Cozef Bayden Rusiya müxalifətinin lideri, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya və qızı Daşa ilə görüşüb.
“Kristal Tv ” “NBC News”a istinadən xəbər verir ki, görüş Kaliforniya ştatında baş tutub.
Öncədən görüşün anonsu verilməyib, həmçinin Baydenin qrafikində sözügedən görüş nəzərdə tutulmayıb.
Qeyd edək ki, Navalnının qızı ABŞ-nin Stenford Universitetində təhsil alır.
Xatırladaq ki, fevralın 16-da 47 yaşlı Aleksey Navalnı “Polyarnı Volk” sərt rejimli islah koloniyasında qəflətən ölüb. Daha öncə 2020-ci ildə o, “Noviçok” maddəsi ilə zəhərlənərək transfer olunub. Siyasətçi 2021-ci ilin yanvarında Berlindən Moskvaya qayıtdıqdan sonra həbs olunub.