Respublika ərazisində müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.
Qar örtüyünün hündürlüyü Şahdağda 43 sm, Qrızda 23 sm, Ordubadda 3 sm, Gədəbəydə 2 sm olub.
Düşən yağıntının miqdarı Oğuz, Qəbələdə 7 mm, Qobustan, Şəki, Ordubadda 4 mm, Balakən, Zaqatala, İsmayıllı, Qusar, Göyçay, Gədəbəy, Şahdağ, Neftçala, Cəfərxan, Ceyrançöldə 3 mm, Mingəçevir, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar, Quba, Şamaxıda 2 mm, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Daşkəsən, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Qrız, Tərtər, Lerik, Lənkəran, Astarada 1 mm-dək, Bakıda və Abşeron yarımadasında 2 mm-dək olub. Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib. Neft Daşları stansiyanın məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.