“Bilik günü”nə həsr olunmuş “Yeni tədris ili, yeni mərhələ, yeni hədəflər, yeni vəzifələr” mövzusunda Forum keçirildi.

“Bilik günü”nə həsr olunmuş “Yeni tədris ili, yeni mərhələ, yeni hədəflər, yeni vəzifələr” mövzusunda Forum keçirildi.

Bu gün Təhsil Forumu sosial platformasının təşkilatçılığı ilə Bakı şəhərində 480 müəllimin iştirak etdiyi “Bilik günü”nə həsr olunmuş “Yeni tədris ili, yeni mərhələ, yeni hədəflər, yeni vəzifələr” mövzusunda Forum keçirildi. 

Rəsmi qonaqlar Riyaziyyat və Mexanika İnstitutunun direktoru professor Misir Mardanov , millət vəkili Ceyhun Məmmədov ,  millət vəkili Müşfiq Məmmədli  və  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə  çıxış edərək Bilik günü münasibətilə  təhsil ictimaiyyətini təbrik edib, yeni tədris ilində onlara uğurlar arzuladılar.

Spikerlər aşağıdakı mövzular üzrə çıxışlar edərək tədbir iştirakçılarını məlumatlandırdılar:
1. Xanlarzadə Xanlar
(Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri)
Mövzu: Ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələri.

2. Arif Əsədov
(Bakı şəhəri Azad Hümbətov adına 291 nömrəli Ekologiya liseyinin direktoru, Filologiya üzrə fəlsəfə doktoru)
Mövzu: Ümumtəhsil məktəbinin nümunəvi Nizamnaməsi - yeni müddəalar, yeni yanaşmalar.

3. Vüsalə Əmiraslanova 
(Ahəng PRİM rəhbəri, ailə uşaq psixoloqu, təlimçi)
Mövzu: Sinifin idarə olunmasında psixoloji faktorlar.

4. Şahin Rəcəb
(Azərbaycan Valideyn Müəllim Assosiasiyasının İcraçı direktoru)
Mövzu: Valideyn-Müəllim münasibətləri və əməkdaşlığın perspektivləri.mövzuzunda təqdimat etdilər.

Forumun sonunda iştirakçılara Sertifikat təqdim edildi.

.

Oxşar xəbərlər