Mil – Muğan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib

Mil – Muğan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib

Sentyabrın 6-da Mil – Muğan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.

 

Konfransda elm və təhsil nazirinin müavini Həsən Həsənli, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Mil – Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları üzrə təhsil sektorlarının əməkdaşları, eləcə də həmin rayonlarda çalışan təhsil işçiləri iştirak ediblər. 

 

Konfransda “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən tədbirlər, təhsil sahəsində aparılan islahatlar, ümumi təhsil müəssisələrində həyata keçirilən layihələr, müxtəlif müsabiqələr və fənn olimpiadalarında qazanılmış uğurlar, buraxılış imtahanları və ali məktəblərə qəbul nəticələri, müəllimlərin sertifikatlaşdırılması, işə qəbul, direktor təyinatı, təhsil işçilərinin peşəkar inkişafı, nəzarət tədbirləri, təhsil müəssisələrində aparılan təmir-tikinti işləri və  digər məsələlərlə bağlı konfrans iştirakçılarına geniş məlumat verilib.

 

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli 2022–2026-cı illərdə yeni sosial-iqtisadi inkişaf modelinin Azərbaycanda çoxsahəli inkişafın yeni keyfiyyət səviyyəsini müəyyən etdiyini, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda elm və təhsilin bütün səviyyələri üzrə gələcək inkişaf üçün nəzərdə tutulan hədəf və məqsədlərin də yer aldığını bildirib. 

 

Çıxışının sonunda IV siniflərdə şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi ilə bağlı aparılmış monitorinqlərdən danışan Həsən Həsənli konfrans iştirakçılarına yeni tədris ilində uğurlar arzulayıb.

 

Daha sonra Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək təhsil işçilərinə uğurlar arzu edib.

 

Hesabatla çıxış edən Mil – Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev region üzrə şagird nailiyyətləri, ali məktəblərə qəbul nəticələri, respublika fənn olimpiadaları, fənn müsabiqələrinin region üzrə nəticələri, məktəbdənkənar müəssisələrin qazandığı nailiyyətlər, təhsilin təşkili və idarəolunması üzrə statistik  məlumatlar, nəzarət tədbirləri çərçivəsində görülmüş işlər, həmçinin təhsil müəssisələrinin istilik təminatı və təmir-tikinti ehtiyacları kimi məsələlərə toxunub.

 

Konfrans bədii hissə ilə yekunlaşdırılıb.

 

Sonda xatirə şəkli çəkdirilib.
 

 

 
 
 

Oxşar xəbərlər