Hörmətli izləyicilər, "21Fevral Beynəlxalq Ana dili Günü" münasibətilə ölkəmizin hər yerində yüksək səviyyədə tədbirlər təşkil edildi. Ana dilimizin qorunması və gələcək nəsillərə ötürülməsi üçün dövlət səviyyəsində tədbirlər və layihələrdən ibarət proqramlar təşkil edildi.
Bu cür tədbirlərin həyata keçirilməsi olduqca qürur vericidir. Belə bir gündə İmişli şəhəri A. Eminov adına 7 nömrəli tam orta məktəbin şagirdləri özlərinə məxsus şəkildə gözəl bir flashmob təşkil ediblər.
Məktəbin direktoru Ramil Möhbalıyev və məktəbin Uşaq Birliyinin Rəhbəri Ülkər İlhamın təşkilatçılığı ilə hazırlanmış Flashmob. Böyük marağa səbəb olub. Uşaqlar və müəllimlər bu işdə bir neçə gün dayanmadan çalışıblar. Həmin videonu sizlərə təqdim edirik.