Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdir müavini Anar Məcidov Tovuz rayonunda təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib.
Görüşdə "Son Zəng" tədbirlərinin təlimata uyğun təşkili, dövlət nümunəli təhsil sənədlərinin vaxtında və qaydalara uyğun paylanması, təhsil müəssisələrində sağlam psixoloji mühitin inkişaf etdirilməsi, təhsildə keyfiyyətin artırılması, şagird-müəllim-valideyn münasibətlərində sağlam mühitin formalaşdırılması və qarşıda duran digər cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda müəssisə rəhbərlərini maraqlandıran suallar cavablandırılıb.