Almaniya Bundesliqasının çempionu vaxtından əvvəl müəyyənləşib.
“Kristal Tv” xəbər verir ki, “Bayer 04” “Bavariya”nın 11 illik ağalığına son qoyaraq tarixində ilk dəfə Almaniya çempionu olub.
Bundesliqanın 29-cu turunun ev oyununda “Bayer 04” (Leverkuzen) “Verder”ə (Bremen) 5:0 hesabı ilə qalib gəlib. Matçın 25-ci dəqiqəsində penaltidən nigeriyalı hücumçu Viktor Bonifas fərqlənib. Qranit Caka 60-cı dəqiqədə meydan sahiblərinin üstünlüyünü ikiyə çatdırıb. Florian Vits 68-ci dəqiqədə üçüncü qolu vurub, 83 və 90-cı dəqiqələrdə də fərqlənərək het-trikə imza atıb.
Bundesliqanın 29 matçından sonra Xabi Alonsonun yetirmələri 79 xal toplayıb və bu onları təqib edən “Bavariya” (69 xal) üçün əlçatmaz olub.