Əziz izləyicilər, biz sizə bu gün Yevlax rayon Bəylər Alıyev adına Salahlı kənd tam orta məktəbin ingilis dili müəllimi olan Bahar Əbülfət haqda həvəskar çəkilişdən ibarət qısa bir reportaj təqdim edirik.
"Dərsdə Motivasiya Qurmaq deyil, MOTİVASİYANIN ÖZÜ OLMAQ LAZIMDIR !!!
Məhz bu təşviq nəticəsində uşaqlar hansısa biliyə, elmə tam yiyələnə bilər! - ÖZLƏRİ! - İstəyərəkdən, məcburiyyətdən deyil.
Ulu Öndər Heydər Əliyevin yüzillik ildönümünə həsr etdiyimiz İngilis dili Günümüzdə ümummilli liderin ana dilini mükəmməl bilməklə yanaşı, xarici dil öyrənilməsinə verdiyi dəyərdən də söhbət açdıq. Onun hələ 1997-ci ildə ABŞ prezidenti Bill Klinton ilə görüşü onun xaricə inteqrasiyanın vacibliyini əks etdirən bir nümunədir. Ardınca şagirdlərimiz bir birindən maraqlı performanslar nümayiş etdirərək İngilis dilinə olan maraq və həvəslərini qonaqlarla bölüşdülər."
Biz bu məktəb və onun bu cür savadlı, yenilikçi və özünəməxsus tədris metoduna sahib bir müəllimi haqda öyrəndiyimiz zaman çox qürurlandıq. Təəssüf ki, ölkəmizdə ingilis dili fənninin bu cür tədrisinə və bir müəllimin öz büdcəsi hesabına bu cür zəngin dil kabineti təşkil etməsinə çox az rast gəlirik. Məhz bu səbəbdən Bahar müəllim haqqında daha geniş və möhtəşəm bir video reportaj hazırlamaq qərarına gəldik. Düşünürük ki, bu cür təlim-tədris yanaşması olan müəllimləri geniş ictimaiyyətə göstərməklə az da olsa onların işinə qiymət vermiş olarıq.