Rusiyanın paytaxtı Moskvanın Domodedovo və Vnukovo hava limanlarında reys qəbulu və göndərişi müvəqqəti olaraq dayandırılıb.
“kristal Tv” xəbər verir ki, bu barədə TASS aviaxidmətlərə istinadən məlumat yayıb.
“Baza” teleqram kanalının məlumatına görə, hava limanlarında dron təhlükəsi ilə əlaqədar “Xalça” rejimi elan olunub.
Təyyarələrin Şerementyevo aeroportuna yönləndirildiyi bildirilib.