“Dövlət və bələdiyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nə DƏYİŞİKLİK

“Dövlət və bələdiyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nə DƏYİŞİKLİK

Nazirlər Kabineti “Dövlət və bələdiyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edib.

Məlumata görə, indiyə qədər orta ixtisas təhsili müəssisəsinin cari fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi direktor rəhbərlik edib. Dəyişikliyə əsasən, bu vəzifəyə təyinat qaydası dəyişir. Beləliklə, orta ixtisas təhsili müəssisəsinin cari fəaliyyətinə direktor rəhbərlik edəcək. Hər bir orta ixtisas təhsili müəssisəsinin sayı həmin orta ixtisas təhsili müəssisəsinin nizamnaməsi ilə müəyyən edilən prorektorları deyil direktor müavinləri olacaq. Direktor müavinlərini, orta ixtisas təhsili müəssisəsinin təqdimatı əsasında, tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə təyin edir.

Oxşar xəbərlər