MİQ və Sertifikasiya üzrə müsahibəyə hazırlaşanlar üçün "Qiymətləndirmə" mövzusuna dair suallar və cavabları.
MİQ və Sertifikasiyanın ilk mərhələsini geridə qoyduq. Artıq müəllimlər müsahibə mərhələsinə hazırlaşırlar. Belə bir zamanda Kurikulum üzrə təlimçi Məmmədova Sevinc Rövşən qızı müəllimlərə dəstək məqsədilə YouTube platforması üzərindən müsahibə mövzularına uyğun dərslər paylaşır. 23.07.2023 tarixində ödənişsiz vebinar keçirmiş və müsahibədə ən çox soruşulan suallardan biri olan Qiymətləndirmə mövzusunu hərtərəfli izah etmişdir. Burada diaqnostik, formativ və summativ qiymətləndirməyə dair müsahibədə verilə biləcək bütün sualları aydın şəkildə izah etmiş, dinləyicilərin bütün suallarını cavablandırmışdır. Çox aydın, rahat, anlaşılan izahlarına görə xüsusən təqdirəlayiq olan müəllim əsas məqamları vurğulamış və müəllimləri müsahibə zamanı diqqətli olmağa səslənmişdir. Daha ətraflı məlumat üçün videomuzla tanış ola bilərsiniz .