7 Noyabr 2023-cü il tarixində Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə peşəkar Gənc, MİQ Sertifikasiya Müsahibə hazırlığı və Fiziki Tərbiyə MİQ Sertifikasiya hazırlığı təlimçisi,yüzlərlə müdavimin müəllim adın qazanmasında böyük rolu olan Leyla Məmmədovanın 8 Noyabr - Zəfər Günü ərəfəsində təhsil işçilərinin və gənclərin iştirakı ilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Fiziki Tərbiyə Müəllimlərin işə qəbulu və Sertifikasiya hazırlıq ll nəşr kitabının təqdimatı keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova Leyla Məmmədovanın təhsil sahəsindəki nailiyyətlərindən söz açaraq onu təbrik edib və Heydər Əliyev Mərkəzinin Fəxri fərmanını istedadlı gəncə təqdim edib. Lənkəran şəhər Heydər Əliyev Mərkəzində mütəmadi olaraq gənc istedadların üzə çıxarılması məqsədilə müsabiqələrin, sərgilərin, təqdimatların keçirildiyini bir daha diqqətə çatdırıb.
Daha sonra Leyla Məmmədovanın peşəkar fəaliyyəti haqqında film izlənilib.
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.
Leyla müəllimi təbrik edirik və gələcək fəaliyyətində uğurlar arzulayırıq