Məntiq Olimpiadasının qalibi ilə görüş

Məntiq Olimpiadasının qalibi ilə görüş

Məntiq Olimpiadasının qalibi ilə görüş

Bu yaraşıqlı oğlanın adı Nihatdır. O, Ağstafa rayon Poylu qəsəbə tam orta məktəbinin 6-cı sinfində təhsil alır. Baxmayın ki, o arıq və balacadır,  amma beyni çox yaxşı inkişaf edib. Region üzrə yeganə şagirddir ki, Azərbaycan üzrə Lütfizadə adına Məntiq Olimpiadasında III yerə layiq görülüb və medal qazanıb. 
Gənclərimiz olan gənclərin bu cür yarışlarda iştirakı və qalibiyyəti nəinki Ağstafa rayonu üçün, eləcə də, ölkəmiz üçün qürurvericidir. 
Nihatla həmsöhbət olmağa çalışdıq. Təəssüf ki, Nihatın çox danışmaqla arası yoxdur. O, bir gələcək riyaziyyatçı kimi, danışmaqdan çox, üzərində çalışmağı və nailiyyətləri ilə hər kəsi sevindirməyi xoşlayır. 
Biz də “Kristal TV” olaraq Nihatı təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq.  İnanırıq ki, süjetimizin qəhrəmanı gələcəkdə də bilik yarışmalarında ölkəmizi layiqincə təmsil edəcək.


Oxşar xəbərlər