Milli komandamızın bu gün Bolqarıstanla keçirilən matçı üçün futbolçulara böyük məbləğdə pul mükafatı vəd olunubmuş.
Bildirilir ki, AFFA-nın hazırkı prezidenti Rövnəq Abdullayevin təşəbbüsü ilə milli komandanın futbolçuları və məşqçi heyətinə hər birinə 40 min manat mükafat veriləcəkmiş. Lakin "FİFA series - Edition 2024" layihəsi çərçivəsində keçirilən bu oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb və milli üzvləri ən azı 40 min manat mükafatdan məhrum olublar. Bu, AFFA prezidenti Rövnəq Abdullayevin rəhbərliyi dövründə Azərbaycan milli komandasının sonuncu oyunu olub. Aprelin 2-də AFFA prezidentliyinə seçkidə R.Abdullayev namizəd olmayacağını açıqlayıb.
Xatırladaq ki, bu ildən ilk dəfə təşkil olunan "FİFA series - Edition 2024" yarışı 4 ölkədə keçiriir. Onlardan biri də Azərbaycandır. Onu da əlavə edək ki, ötən dövr ərzində Azərbaycanda qadınlar arasında U-17 dünya çempionatı, 2019-cu ilin Avropa Liqasının finalı ("Çelsi" - "Arsenal") və Avro-2020-ün final mərhələsinin 4 oyunu (1/4 final oyunu) Bakıda keçirilib.