"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə
Elvira Qarayeva haqqında danışacağıq.
Qarayeva Elvira Vahid qızı 17 may 1985-ci ildə Bakı şəhərində anadan olub.
1992-ci ildə Qaradağ rayonu 180 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub. Həmin məktəbdə 9-cu sinfi bitirib orta təhsilini 106 nömrəli tam orta məktəbdə davam etdirib.
Orta məktəbi bitirdikdən sonra 2003-cü ildə Azərbaycan Neft Sanaye Universitetinin Kompüter riyaziyyat ixtisasına daxil olub. 2009-cu ildə universiteti bitirdikdən sonra ixtisası üzrə işləyib.
Daha sonra ixtisasını təkmilləşdirmək üçün Nəsrəddin Tusi adına Azərbaycan Pedoqoji Universitetinin informatika ixtisasına daxil olub.
2021-ci ildə universiteti bitirərək elə həmin ildə Müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanaraq müəllim kimi fəaliyyətə davam etdirir.
Hal-hazırda E.Həsənov adına 139 nömrəli tam orta məktəbin informatika müəlliməsidir.
İşlədiyi bu illər ərzində daim öz iradəsində işləmiş və inkişaf etdirici bir çox təlimlərdə iştirak etmişdir.
Bir çox yerli və beynəlxalq təlimlərdə təlimçi kimi fəaliyyət göstərir.
AGMA, AMA, AİK, T-network və Tutorlabın üzvüdür.
Ölkənin ən böyük Təhsil platforması olan Təhsil Forumu sosial platformasının üzvü və region üzrə koordinatorudu.
İşlədiyi müddətdə bir çox təlimlərdə, seminarlarda iştirak etmiş və sertifikatlara layiq görülmüşdür. ”Bullinq və bullinqin qarşısının alınması”, “Sinfin idarə olunması”, ”Emosional zəka”, ”Reproduktiv sağlamlıq”, “STEAM təlimi – 2022” və “STEM layihələrinin qiymətləndirilməsi” təlimlərində fəal iştirakına görə sertifikatlarla təltif olunmuşdur.
Elvira müəllimin peşəsi haqqında fikirləri: "Müəllimlik mənim üçün ən ülvi, ən ali pillədir. Bu yolda uğur qazanmaq üçün özünü inkişaf etdirmək lazımdır.
Hər bir müəllim özünü mühakimə etməyi bacarmalıdır. Əsl müəllim kimi dövlətin, cəmiyyətin, qloballaşan dünyanın tələblərini əsas götürüb müasir Azərbaycan məktəblisinə tələb olunan səviyyədə bilik almağın yollarını öyrətməlidir.
Müəllim öz qabiliyyəti, danışıq tərzi, davranışı, geyimi, tədrisdə seçdiyi metod və vasitələri, öyrənməyə həvəs göstərməsi ilə şagirdi cəlb etməlidir. Şagirdin idrak proseslərinə təsir etməyi bacarmalıdır. Şagirdin fərdi – psixoloji vəziyyətini nəzərə almalı, onun inkişaf edib irəli getməsinə təsir edən mənfi amilləri aradan qaldırmaqda usta olmalıdır."
Təhsil Forumu sosial platforması və kristal Tv adından Elvira müəllimə işlərində uğurlar diləyirik.