Tovuz rayonunun Alakol kəndində yerləşən Nürəddin Sadıqov adına məktəb Heydər Əliyev fondunun təşəbbüsü ilə tikilmişdir.
Əməkdaşlarmız N Sadıqov adına məktəbdə olarkən müasir və əzəmətli təhsil ocağının bir kənd məktəbi deyil hətta şəhər məktəblərini belə kölgədə qoyacaq şəkildə tikilməsi, buradakı bütün sinif otaqları və ayrı-ayrı fənn kabinetləri ən müasir standartlar səviyyəsindədir. Məktəb lazımi avadanlıq və ləvazimatlarla təchiz edilib. Bu təhsil ocağında müasir istilik və işıqlandırma sistemləri qurulub, həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb. Bütün bunlar, ilk növbədə, şagirdlərin ən yüksək səviyyədə təhsil almaları, onların elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır. Təbi ki, bu məktəb tək müasirliyi ilə deyil eyni zamanda bacarıqlı müəllim kollektivi ilədə öndədir. Burada təhsil alan şagirdləri çox şanslı adlandırsaq heç yanılmarıq. Məktəbin müəllimələri şagirdlərə düzgün tədris proqramı çərçivəndə təhsil verillərki, bu məktəbin şagirdləri hər il keçirilən Respublika fənn olimpiadalarının müvafiq fənlərə uyğun iştirakçıları və qalibləri olurlar. Bütün bunlar olduqca sevindirici hallardır. Məktəbdə təhsil alan məktəblilər həllə ilk illərindən vətənə dövlətə layiqli vətandaş kimi yetişdirilir.
Qeyd edək ki, Məktəbin direktoru vəzifəsini bir neçə aydır kı, icra edən Qasımov Qədir Razim oğlu bu vəzifəni icra edən müddətdən bu yana məktəbdə əsaslı və köklü dəyişikliklər edib ki, bu da istər müəllim və ya şagirdlər tərifindən müsbət qarşılanıb. İlk öncə məktəbdə ciddi nizam intizam bərpa edilib.
Müsahibimiz bildirdi ki. belə gözəl məktəbdə, yüksək təminatı olan tədris ocağında yaxşı oxumaq, lazımi səviyyədə tədris aparmaq və dövlətimizin qayğısına əməli işlərlə cavab verməkdən ibarətdir. İnanırıq ki, pedoqoji kollektivlər dövlətin onlara yaratdığı belə gözəl şəraitdən düzgün istifadə etməklə vətənimizə layiq övladlar yetişdirilməsində əllərindən gələni edəcəklər. Bizdə Qədir müəllimin bu sözlərinə tamamilə inanırıq və buna əsaslı səbəbimz var. Kənd sakinlərinin sözlərinə əsaslanaraq onu deyə bilərik ki, məkyəb artıq özünün inkişaf mərhələsini yaşayır. Şagirdlərin göstəriciləri getdikcə artır. Bizdə öz növbəmizdə bu məktəbin kollektivinə, rəhbərliyinə öz minnatdarlığımızı bildiririk ki, gələcəyimiz olan uşaqlara hələ iptidai sinifdən vətənə. dövlətə sadiq və layiqli, savadlı yüksək bilik və bacarığa sahib şagirdlər yetişdirilər.
Sonda çəkilişə şərait yaratdığına görə Kristal Tv olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyinə, onun İctimaiyyətlə Əlaqələr Şöbəsinin məsul əməkdaşı Nəcibə Vəliyevaya minnətdarlığımızı bildiririk.