Tovuz rayon Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbində “Balaca Şahzadə” adlı oxu müsabiqəsi keçirilib. Müsabiqə Tovuz Rayon Təhsil Sektorunun nəzdində yaradılmış “Gənc müəllimlər” Birliyinin və qurumun işçi qrupunun dəstəyi ilə təşkil edilmişdir.
Tovuz Rayon Təhsil Sektorunun əməkdaşı Elşən Musayev Kristal TV-yə verdiyi açıqlamasında bildirib ki, layihədən bir ay öncə iştirakçılara müvafiq vəsaitlər paylanılmış və lazımi məlumatlar verilmişdir. Həmin kitabların əsasında müsabiqəyə hazırlaşmışlar.
Ən yaxşı oxu müsabiqəsində qalibi naminasiyasına iki şagird layiq görülmüşdür. Müsabiqədə iştirak edən 6 şagird isə, ikinci pillə hesab olunan “həvəskar oxucu” naminasiyası ilə təltif olunmuşdur.
Qeyd edək ki, müsabiqənin təşkilində əsas məqsəd, məktəblilər arasında oxu-mütaliə bacarıqlarının, dünyagörüşlərinin artırılmasıdır.
Bildirək ki, Tovuz Rayon Təhsil Sektoru gələcəkdə də məktəblərdə “Balaca Şahzadə” adlı oxu müsabiqəsini təşkil etməyi nəzərdə tutur.
Sonda, Kristal TV olaraq, çəkilişə yaratdığı şəraitə görə, Qazax-Tovuz Regional Təhsil İdarəsinə və Tovuz Rayon Təhsil Sektorunun əməkdaşı Elşən Musayevə təşəkkürümüzü bildiririk.
- USD : 1.7000
- EUR : 1.9592
- RUB : 2.1249
CANLI
Y.Sadıqov adına tam orta məktəbdə “Balaca Şahzadə” adlı oxu müsabiqəsi keçirildi
- Kristal Tv Reportaj
- 1 il əvvəl əlavə olunub

Oxşar xəbərlər
Video 150 yerlik bağçada boş yer yoxdur
1 il əvvəl
Son xəbərlər
Abunə ol
Xəbərləri ilk siz oxuyun