KristalTv
MİQ və Sertifikasiya üzrə müdavimlərin müsahibə mərhələsinə hazırlaşdığı zamanda Kurikulum üzrə təlimçi Məmmədova Sevinc Rövşən qızı müəllimlərə dəstək məqsədilə YouTube platforması üzərindən müsahibə mövzularına uyğun dərslər paylaşır. Müəllimlərin qiymətləndirilməsi üçün tələb olunan mövzulardan biri də Yazı bacarığının formalaşdırılmasıdır. Yazı bacarığına aid bütün məlumatları müəllimlər üçün sistemləşdirib bütünlükdə izah etmişdir. Yazı bacarığının formalaşdırılması, yazı və ou növləri və s.kimi mövzuları izah etmişdir. Bu dəfə isə yazı bacarığının formalaşdıran strategiyalar haqda müəllimləri məlumatlandırmışdır. Yazı bacarığı formalaşdırarkən hansı strategiyalardan istifadə etmək olar, strategiyaların hansı xüsusiyyətləri mövcuddur və bu strategiyalardan dərsdə necə istifadə edirik. Bütün bu sualların cavablarını tapmaq üçün videonu izləməyi məsləhət görürük. Qeyd olunan mövzu ilə tanış olmaq üçün videomuza keçid edə bilərsiniz.