Müəllimlik peşəsi hər zaman yüksək qiymətləndirilmiş və cəmiyyətimizdə böyük hörmətə layiq görülmüşdür. Müəllimlər yalnız bilik öyrədən deyil, həm də gənc nəslin formalaşmasında, onların əxlaq və dəyərlərini inkişaf etdirməkdə önəmli rol oynayan şəxsiyyətlərdir. İnteqrasiya təlimli internat tipli gimnaziyada çalışan müəllimlər də məhz belə fədakar və öz işlərinə ürəkdən bağlıdırlar.
“Kristal Tv” olaraq Tovuz rayonu Kovlyar şəhərində fəaliyyət göstərən Orxan Cabbarov adına gimnaziyanın fəaliyyəti və təhsil prossesini daha yaxından öyrəndik.
internat məktəbi 1962-ci ildə fəaliyyətə başlamışdır. Hazırda “Qazax – Tovuz Regional Təhsil İdarəsinin” tabeçiliyində fəaliyyət göstərir. 2018-ci ildə əsaslı təmir olunarkən əlavə 2 yeni korpus tikilərək təhvil verilib.
Hal-hazırda internat məktəbində 922 şagird var. Onlardan 850 nəfəri ümumi təhsil siniflərində, 72 nəfəri xüsusi təhsil siniflərində təhsil alır. Əlavə olaraq gimnaziyada 72 nəfər şağird mətəbə hazırlıq qruplarında təhsil alır.
İnternat məktəbi 5 korpusdan ibarətdir. Məktəbin həyətində birmərtəbəli binadan ibarət 130 yerlik yeməkxana, yardımçı bina (camaşırxana, hamam, təsərrüfat otağı, anbar, musiqi otağı, gimnastika otağı, konfrans zalı, Texniki otaqlar) var. Məktəbin Həyətdə idman meydançası vardır. ən son kompüter modelləri ilə təmin olunan bu məktəbdə uşaqlar yüksək texniki biliklərə nail olurlar
İnternat məktəb yeni fənn kabinetləri (kimya ,fizika ,biologiya və s.) ilə və lazım olan bütün tədris vəsaitləri ilə təmin olunmuşdur.
2008 ci ildən məktəbə rəhbərlik edən Hümbətov Eldar Səlim oğlu təyin olunduğu ilk aydan məktəbdə müsbətə doğru bir çox işlər görmüşdür. Təbi ki, burada ən vacib məsələ Dövlətimizin xüsusi qayğsını unutmaq olmaz. Biz məktəbin gündəlik fəaliyyəti ilə tanış olarkən Dövlətimizin gücünü və qayğısını bir daha gördük. Hər gün yeni sağlam, təbi qidalarla hazırlanaraq gündə 3 dəfə bir birindən təmlı yeməklər şagirdlərə verilir. Onuda qeyd edək ki, hər gün dərslərdən sonra tərbiyyə saatına qalan 450-500 şagirdə nahar yeməyi ilə təmin edilir. Hörmətli oxucular qeyd edək ki, şagirdlər ilin bütün fəsillərinə görə yeni geyimlərlə təmin edilirlər. Təkcə qida, geyimlə bu işlər yekunlaşmır, şagirdlərin bütün dərs vəsaitləri Dövlət tərəfindən təmin edilir.
Məktəb kollektivi və şagirdlər arasında yüksək nizam – intizam və səmimiyyət var. Müəllimlərin şagirdlərə ana qayğısı ilə yaxınlaşmasını gördükdə sevinməmək mümkün deyil. Xüsusi ilə qeyd edək ki, məktəb hər il Şahin hərbi vətənpərvərlik və fənn alimpiya yarışlarında uğurla iştirak edir.
Biz Kristal Tv olaraq Bizə yaradılan xüsusi şəraitə görə Qazax – Tovuz Regional Təhsil İdarəsinin Rəhbəri Çox hörmətli Anar Məcidova öz təşəkkürümüzü bildiririk.