Tokioda sərnişin avialayneri hərbi-nəqliyyat təyyarəsi ilə toqquşdu: Ölənlər var

Tokioda sərnişin avialayneri hərbi-nəqliyyat təyyarəsi ilə toqquşdu: Ölənlər var

Tokionun Haneda hava limanına eniş edən "Japan Airlines"ə məxsus sərnişin avialayneri Sahil Mühafizəsinə məxsus DHC-8 hərbi-nəqliyyat təyyarəsi ilə toqquşub. Nəticədə nəqliyyat təyyarəsinin dörd heyət üzvü həlak olub.

Bu barədə yerli NHK telekanalı xəbər yayıb.

Bildirilir ki, "JAL-516"da ümumilikdə 367 sərnişin olub. Onların hamısı təxliyə ediliblər.

Sosial şəbəkələrdə yanan təyyarənin göyərtəsindən kadrlar paylaşılıb.

Oxşar xəbərlər