1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində idarəçilik bir günlük şagirdlərə tapşırılıb.
Əlamətdar gün münasibətilə təşkil olunan tədbirin əsas məqsədi uşaqların hüquqlarının qorunmasına diqqət çəkmək, onlarda özünəinam, liderlik və məsuliyyət hisslərini inkişaf etdirməkdir.
Ümumtəhsil məktəblərində direktor, direktor müavinləri və digər rəhbər vəzifələr bir günlük olaraq şagirdlərə həvalə edilib. Bu təşəbbüs sayəsində məktəblilərə təhsil müəssisəsinin idarə olunması prosesində fəal iştirak imkanı yaradılıb.
Belə təşəbbüslər uşaqların cəmiyyətə inteqrasiyasını, gələcəkdə liderlik qabiliyyətlərinin formalaşmasını və təhsilə olan marağın daha da artmasını stimullaşdırır. Tədbir eyni zamanda təhsil müəssisələrində humanist dəyərlərə əsaslanan mühitin formalaşmasına xidmət edir.
#QazaxTovuzRTİ #Məktəb #Şagird #1iyun #UşaqlarınBeynəlxalqMüdafiəsiGünü