Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun imzası ilə məktəblərdə təhlükəsizlik tədbirləri ilə bağlı göndərilən müvafiq təlimatın tələblərinə uyğun olaraq keçirilən pedaqoji şuraların keçirilməsi yekunlaşıb.
Pedaqoji şuralarda məktəb rəhbərlikləri, müəllimlər, psixoloqlar, Rayon Polis Şöbələrinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun inspektorları və valideynlər iştirak ediblər.
Qeyd edək ki, pedaqoji şuraların keçirilməsinin əsas məqsədi şagirdlərin təhlükəsizliyi ilə əlaqəli tədbirləri artırmaq, onların pis vərdişlərdən uzaq olması üçün müxtəlif maarifləndirmə işlərinin həyata keçirtmək, məktəblərdə psixoloji xidməti artırmaq, şagird davranış qaydalarının tətbiqini genişləndirmək, məktəblərdə sağlam mühitin yaradılmasına, həmçinin müəllim, valideyn və cəmiyyətin təhsil prosesində birgə iştirakına nail olmaqdan ibarətdir.