Tovuz rayonunda “Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası” ilə bağlı təbliğat tədbirlərinə start verilib. Tədbir çərçivəsində Tovuz şəhər Elxan Məmmədov adına tam orta ümumtəhsil məktəbində görüş keçirilib.
Görüş zamanı həmin məktəbin coğrafiya müəllimi Turanə Abbasova rayonun müxtəlif ümumtəhsil müəssisələrində fəaliyyət göstərən bir qrup coğrafiya müəlliminə Ümumdünya Şəhərsalma Forumunun məqsədi və mahiyyəti barədə geniş məlumat verib. Qeyd olunub ki, forumun əsas məqsədi dayanıqlı şəhərsalma siyasətinin təşviqi, şəhərlərin ekoloji, sosial və iqtisadi baxımdan balanslı inkişafı, eləcə də urbanizasiya proseslərinin müasir çağırışlar fonunda müzakirə olunmasıdır.
Bildirilib ki, Ümumdünya Şəhərsalma Forumu şəhərlərin planlaşdırılması, yaşayış mühitinin yaxşılaşdırılması və inklüziv inkişafın təmin olunması istiqamətində beynəlxalq təcrübə və bilik mübadiləsi üçün mühüm platforma rolunu oynayır.
Qeyd edək ki, forumla bağlı maarifləndirici və təbliğat xarakterli tədbirlər rayon ərazisində silsilə şəkildə davam etdiriləcək.