Zaqatala şəhər Zəfər Murtuzəliyev adına 1 nömrəli tam orta məktəbin direktoru Mehparə Murtuzəliyeva Balakən rayon təhsil sektorunun müdiri vəzifəsinə təyin olunub. Bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, bununla bağlı İdarənin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Günay Mahmudova müvafiq əmr imzalayıb. Qeyd edək ki, "Tərəqqi" medallı Mehparə Murtuzəliyeva uzun illər şəhid qardaşının adını daşıdığı tam orta məktəbdə müəllim kimi çalışıb. 2022-ci ilin noyabr ayında isə Elm və Təhsil Nazirinin əmri ilə həmin məktəbə direktor təyin edilib.
Şəhid bacısına yüksək vəzifə verilib
- Elm-təhsil
- 1 il əvvəl əlavə olunub

Xəbərə aid teqlər:
Bu gün ilk Qədr gecəsidir!
1 il əvvəlOxşar xəbərlər
Son xəbərlər
Avropa İttifaqı Çindən qarşılıqlı addımlar gözləyir
10 gün əvvəlİlham Əliyev Vladimir Putinə başsağlığı verib
10 gün əvvəlAbunə ol
Xəbərləri ilk siz oxuyun