Etiraf edək. Rəqibin şansları daha çox idi və layiqli qələbə qazandılar.
Kristal Tv məlumatıba görə, bunu Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik Fransa yığmasına 0:1 hesabı ilə uduzduqları futbol üzrə Avropa çempionatının qrup oyunundan sonra deyib.
Mütəxəssis son dəqiqəyə kimi mübarizə apardıqlarını bildirib: "Qapıçımız Patrik Penz bu gün əla iş gördü. Komandamı qınamıram. Həmişə düzgün qərarlar vermirdilər, amma rəqibin də kim olduğunu unutmayaq".
Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.