SalamMəktəb deyərək yeni tədris ilinə start veririk!
Hörmətli təhsilverənlər, əziz təhsilalanlar, dəyərli valideynlər!
Hər birinizi 15 sentyabr- Bilik Günü münasibətilə təbrik edir, ən xoş arzularımı bildirirəm.
Düşünürəm ki, yeni tədris ilində müəllimlərimizin fədakarlığı, şagirdlərimizin çalışqanlığı və əzmi ilə nailiyyətlərimiz daha yüksək, buraxılış və qəbul imtahanları, Respublika Fənn Olimpiadaları, yerli və beynəlxalq müsabiqələr üzrə uğurlarımız daha çox olacaq.
Yeni tədris ilimiz uğurlu olsun!
Hörmətlə,
Arslan Hacıyev
Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri.