Şəhid ailəsinin üzvü olan müəllimlər təltifə layiq görülüb
Oktyabrın 5-də Göyçay şəhər Heydər Əliyev Mərkəzində 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində müəllim olaraq çalışan bir qrup şəhid ana və ataları təltifə layiq görülüb.
Keçirilən tədbirdə təhsil idarəsinin müdiri Elçin Kərimov bu xüsusi gün münasibətilə onları təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov tərəfindən gənc nəslin təlim-tərbiyəsi sahəsində göstərdikləri səmərəli pedaqoji fəaliyyətlərinə görə və 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Fəxri Fərman və hədiyyələrlə təltif olunublar.