Şəmkir şəhər 8 saylı Körpələr Evi – Uşaq Bağçası
Gənc nəslin təhsili və sağlamlığının qorunmasında şübhəsiz, müasir standartlara cavab verən körpələr evi-uşaq bağçalarının rolu böyükdür. Belə müəssisələrdən biri Şəmkir şəhərində fəaliyyət göstərən 8 saylı Körpələr evi-Uşaq bağçasıdır.
Bağçanın müdiri Xəyalə Qurbanovanın Kristal TV-yə verdiyi məlumata əsasən, 1995-ci ildən fəaliyyət göstərən müəssisə, 2019-cu ildən bəri Prezident İlham Əliyevin müvafiq sərəncamı əsasında tikilən yeni binaya köçüb. 90 yerlik olan bağça hazırda 2 kiçik, 2 orta və 1 böyük olmaqla, ümumilikdə, 5 qrupdan ibarətdir.
Qeyd edək ki, Şəmkir şəhər 8 saylı Körpələr Evi – Uşaq Bağçasında çalışan 9 tərbiyəçi, 1 musiqi rəhbəri, 1 tibb bacısı və 13 texniki işçinin hər biri uşaqların təlim-tərbiyəsi, sağlamlığı və təmizliyi ilə ciddi məşğul olur.