Amerikanın Nyucersi ştatında Leonard Jones adlı şəxs sevgilisi ilə mübahisə etdikdən sonra onun evini yandırıb.
BiG.AZ xarici mediaya istinadən xəbər verir ki, yanğın zamanı qadın evdə tək olub.
Təhlükəli vəziyyətdən qadını xilasedicilər qurtarıb. Yanğından xəsarət almadan qurtarılan qadın, sevgilisini təhlükəsizlik orqanlarına şikayət edib.
Leonard Jones ailə daxili münaqişə zəminində həbs edilib.